"Fortnite" oyununun yaradıcıları "Apple" və "Google" şirkətlərini məhkəməyə verir

"Fortnite" oyununun yaradıcıları
MARAQLI

14 avqust 2020, 13:46

Mətn ölçüsü

Məşhur oyun "Fortnite"ın yaradıcısı olan Amerikanın "Epic Games" şirkəti "Apple" və "Google" texnologiya korporasiyalarına qarşı məhkəmə iddiasə qaldırıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb oyunun "App Store" və "Google Play" kataloqlarından silinməsidir.

İddiaçı korporasiyaları bazarda monopoliya yaratmaqda və antitrest qanunlarını pozmaqda günahlandırır.

"Apple" və "Google" şirkətlərinin "Fortnite" oyunundan imtina etməsinə səbəb isə oyunun yenilənmiş versiyasında quraşdırılmış yeni mexanizmdir. 

Beləki, sözügedən yenilik sayəsində oyunun daxilində valyuta almaq və alış-veriş etmək imkanı yaradılıb.

Yenilik sayəsində "Epic Games" "Apple" və "Google"-a 30 faiz komissiya ödəmir.