Sizcə, pandemiyadan sonra əvvəlki həyatımıza QAYIDACAĞIQMI? - VİDEO

Sizcə, pandemiyadan sonra əvvəlki həyatımıza QAYIDACAĞIQMI? - VİDEO
MARAQLI / Video

14 yanvar 2021, 17:05

Mətn ölçüsü

Artıq 1 ilə yaxındır ki, bütün dünya COVİD-19 pandemiyası bəlasından əziyyət çəkir. Hər birimizin öyrəşdiyimiz gündəlik həyat tərzindən kənara çıxmışıq. Kinoteatrlar, restoranlar, alış-veriş mərkəzləri, idman zalları, bir sözlə əyləncə həyatımız bitib. Hazırda Azərbaycanda yoluxmaların sayı azaldığına görə insanlarda bu dövrün nəhayət ki, bitəcəyi ilə bağlı bir ümid yaranıb.

Pandemiyanın insanlar üzərində olan mənfi təsiri təkcə virusun orqanizminə vurduğu fəsadlar deyil. Əvvəlki vərdişləri başqa vərdişlər əvəz edib. İnsanlar məsafə saxlayır, bir çoxunun içində qorxu var. Virus fiziki təsirlə yanaşı, psixoloji olaraq da insanları yorub.
 
Bəs, görəsən, pandemiya bitəndən sonra yenidən köhnə həyatımıza qayıda biləcəyik mi? Elə bu sualı şəhər əhalisinə ünvanladıq, cavablar isə fərqli oldu.

News24.az olaraq sözügedən sorğunu təqdim edirik: 

Sevda Bayramova
VİDEO - Hüseyn Həsənov








YouTube