Yer kürəsinə asteroid yaxınlaşır

Yer kürəsinə asteroid yaxınlaşır
MARAQLI

06 mart 2021, 11:13

Mətn ölçüsü

Sərnişin təyyarəsi ölçüsündə asteroid Yer kürəsinə yaxınlaşır.

News24.az xəbər verir ki, Bu barədə NASA-nın JPL Araşdırma Mərkəzi məlumat yayıb.

Söhbət 2021 CF8 asteroidindən gedir. Alimlərin fikrincə, diametri 52 metr olan səma cismi Yer üzündən 4.4 milyon kilometr məsafədən uçacaq.

Bildirilib ki, önümüzdəki üç gündə daha üç asteroid Yer üzündən keçəcək. Onlardan ən böyüyü diametri 43 metr olan 2021 EB-dir.

O, planetdən 2,7 milyon kilometr məsafədə olacaq.