Azərbaycanda AĞIR QƏZA: azyaşlı öldü, yaralılar var
Maraqlı
Hacıqabulda baş verən qəzada ölən və yaralananlar var.
News24.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı azyaşlı ölüb, digər 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.