Boşanmaya qarşı ilginc üsul – - Hər iki tərəf həbs ediləcək

Boşanmaya qarşı ilginc üsul – - Hər iki tərəf həbs ediləcək Maraqlı

Şimali Koreyada boşanma Kim Çen In administrasiyası tərəfindən “anti-sosialist” bir hərəkət kimi qiymətləndirilir.

News24.az xəbər verir ki, liderin yeni qərarı ilə nikahını bitirən hər kəs bu “cinayəti” törətdiyinə görə islah əmək düşərgəsində cəzalandırılacaq.

Üstəlik, vəziyyət o qədər təəccüblüdür ki, hətta fiziki zorakılığa məruz qalan insanlar da boşanmaq üçün ərizə versələr, cəzadan azad ola bilməzlər. Əvvəllər yalnız boşanma tələb edən ər-arvad cəzalandırılırdısa, indi məhkəmə tərəfindən ayrılıq qərarı çıxarılan kimi hər iki tərəf həbsxanaya düşmə riski ilə üzləşir.

Şimaldakı Ryangang əyalətinin sakini RFA xəbər saytına verdiyi açıqlamada vəziyyətin ciddiliyini açıqlayıb. “Kimjongsuk qəsəbə məhkəməsi 12 nəfərə boşanma qərarı verdi və qərar elan edildikdən dərhal sonra onların hamısı həbsxanaya aparıldı”, - deyə o bildirib.

Bütün bu sərt qaydalara baxmayaraq, Şimali Koreyada 2020-ci ildən bəri boşanmaların əhəmiyyətli dərəcədə artdığı bildirilir. COVID-19 pandemiyası və karantin dövründə artan iqtisadi çətinliklər bir çox ailələrin dolanışığını təhlükə altına qoyub. Bu ağır şərtlərə görə nikahların pozulması adi hala çevrilərkən, hökumət cəzalarla bu vəziyyətin qarşısını almağa çalışır.

Boşanma faizini azaltmaq üçün ciddi tədbirlərlə yanaşı, hökumət keçən il qadınları boşanmaqdan çəkindirmək üçün maarifləndirmə kampaniyasına da başlayıb. 

Aynurə