İllərdir limonu yanlış şəkildə istehlak edirik

İllərdir limonu yanlış şəkildə istehlak edirik Maraqlı

Qış aylarının məşhur meyvələrindən biri olan limon, tərkibindəki C vitamini və sağlam komponentləri ilə bizi xəstəliklərdən qoruyur. Biz ümumiyyətlə özünəməxsus turş dadı ilə yeməklərə, salatlara, hətta desertlərə dad qatan limonun suyunu sıxmağa üstünlük veririk. Amma məlum olub ki, limonun faydalarını daha asan üzə çıxarmaq üçün bir hiylə üsulu var. 

News24.az xəbər verir ki, yaponların uzun illərdir təkrarladığı bu üsul, limonu donduraraq istehlak etməkdir.

Dondurulmuş limonun istifadəsi həm qabığında, həm də liflərində olan sağlam komponentlər sayəsində limonun faydalarını artırır. 

Dondurulmuş limonun faydaları bunlardır:

Qida dəyərini qoruyur: Limonun dondurulması tərkibindəki C vitamininin, komponentlərin və antioksidantların qorunub saxlanmasını təmin edən bir üsuldur. Bu sayədə limonun qabığından şirəsinə qədər hər zərrəsindən rahatlıqla faydalana bilərsiniz.

İmmuniteti gücləndirir: Limon C vitamini ilə zəngindir. Tərkibində sərbəst radikallarla mübarizə aparan flavonoidlər də var. Dondurulub rəndələndikdə limonun antioksidant və C vitamini təsirindən rahatlıqla faydalana bilərsiniz. Bundan əlavə C vitamini öz təsirini saxladığı üçün xəstəliklərə qarşı qoruma təmin edir və xərçəng riskini azaldır.

Həzmi dəstəkləyir: Limonun dondurulması və istehlakı tərkibindəki lifləri qoruduğu üçün həzmə müsbət təsir edir. Tərkibindəki təbii lif sayəsində limonun dondurulması və istehlakı qəbizliyi aradan qaldırmağa kömək edir.

Arıqlamağa kömək edir: Limon maddələr mübadiləsini sürətləndirərək sağlam arıqlama prosesini dəstəkləyir. Detoks suyuna dondurulmuş limon əlavə edərək bu faydadan asanlıqla faydalana bilərsiniz.


Məryəm İlhamqızı