Naringi qabıqlarını atmazdan əvvəl - bir daha düşünün
Maraqlı
Qış mövsümünün vitaminli meyvələrindən olan naringi təkcə ləzzətliliyi ilə deyil, həm də sağlamlığa faydaları ilə diqqət çəkir. C vitamini ilə zəngin olan bu meyvənin immunitet sistemini gücləndirməkdən dəri sağlamlığına qədər bir çox müsbət təsirləri var.
News24.az xəbər verir ki, əksər insanlar naringi qabıqlarını istehlak etdikdən sonra atmırlar.
Ətirli şamlar hazırlayın
Naringi qabığının aromatik qoxusu evdə təbii atmosfer yaratmağa kömək edə bilər. Ətirli şamlar hazırlamaq üçün naringi qabıqlarından istifadə edərək evinizə xoş ətir əlavə edə bilərsiniz.
Otaq ətri istehsal edin
Naringi qabıqlarını təzə və təbii otaq qoxusuna çevirmək olduqca sadədir. Qabıqları bir qazana qoyun, su əlavə edin və darçın, mixək və ya vanil kimi ədviyyatlar əlavə edin. Qarışığı qaynadıqdan sonra soyuması üçün kənarda saxlayın və sonra boş bir sprey şüşəsinə köçürün və təmiz hava yaratmaq üçün otaqlarınıza püskürtün.
Bağınızda gübrə kimi istifadə edin
Naringi qabığı təbii gübrə kimi də istifadə edilə bilər. Siz qabıqları incə doğrayıb birbaşa bitki köklərinə və ya qablara əlavə edə bilərsiniz. Beləliklə, həm bağçanıza fayda verəcək, həm də qabıqlardan istifadə etmiş olacaqsınız.
Təmizləmə üçün təbii məhsul kimi istifadə edin
Naringi qabıqları təmizləyici materialların hazırlanmasında da faydalı ola bilər. Naringi qabıqlarını bankaya qoyun, ağ sirkə əlavə edin və qarışığı 2 həftə bağlı saxlayın. Bu təbii qarışıq məişət təmizliyində istifadə etmək üçün ideal təmizləyici məhsula çevriləcək.
Çay kimi dəmləyin
Naringi qabıqlarını qış aylarında içə biləcəyiniz şəfalı çaya çevirə bilərsiniz. Qabıqları bir qazana qoyun, su əlavə edin və qaynadın. Bu çay xüsusilə soyuqdəymə və öskürəklə mübarizədə faydalı ola bilər, çünki bu, çinlilərin öskürəyi müalicə etmək üçün istifadə etdiyi qədim üsuldur.
Məryəm İlhamqızı