Noutbuk niyə qızır? Əsas səbəblər açıqlandı

Noutbuk niyə qızır? Əsas səbəblər açıqlandı Maraqlı

Noutbukların qızmasının əsas səbəbləri açıqlanıb.

News24.az xəbər verir ki, noutbukların həddindən artıq qızmasının əsas səbəbləri arasında arxa fonda işləyən proqramlar, havalandırma dəliklərinin tozla tutulması və yüksək otaq temperaturu yer alır.

Mütəxəssislər bildirirlər ki, noutbuku yumşaq səthlərdə, məsələn, çarpayı və yastıq üzərində istifadə etmək hava dövranını məhdudlaşdıraraq cihazın qızmasına səbəb olur.

Problemin qarşısını almaq üçün havalandırma dəliklərini təmiz saxlamaq, cihazı sərt və düz səthdə istifadə etmək, lazımsız proqramları bağlamaq tövsiyə olunur.

Qızma davam edərsə, səbəb ventilyatorun nasazlığı və ya termopastanın quruması ola bilər.

Bu halda servisə müraciət etmək məsləhətdir.