Şaxta babalar xəstə uşaqlara görə bu addımı atdılar - VİDEO

Şaxta babalar xəstə uşaqlara görə bu addımı atdılar - VİDEO Maraqlı

Macarıstanda fərqli və maraqlı aksiya keçirilib.

News24.az baku.ws-a istinadla xəbər verir ki, 70-ə yaxın Şaxta baba xəstə uşaqlara dəstək üçün xeyriyyə aksiyasına qoşulub.

Onlar yürüşə çimərlik geyimində qatılıblar. Budapeştin mərkəsi küçələrində "Ho-ho-ho" deyə qışqıran Şaxta babalar marağa səbəb olub.

Yürüşə qatılmaq istəyənlərin ödədikləri məbləğ "Prader-Willi" sindromundan əziyyət çəkən uşaqların müalicəsinə xərclənəcək.

Şaxta babaların soyuq havada keçirdiyi xeyriyyə akisyası yerli və xarici turistlər tərəfindən rəğbətlə qarşılanıb.