Siqaretin qadınlara mənfi təsiri

Siqaretin qadınlara mənfi təsiri Maraqlı

Siqaretdən istifadə edənlərin yaşı getdikcə cavanlaşır.

Xüsusən də yeniyetmələrin və qadınlar arasında bu zərərli vərdişə qurşananların sayında artım müşahidə olunur.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, siqaret qadınların doğuş şansını, ümumilikdə isə hamilə qalma şansını azaldır. Siqaret çəkən hamilə qadınlarda müxtəlif qanaxmalar da tez-tez müşahidə olunur:

 "Siqaret çəkən qadınlarda erkən qırışlar, dəri pozğunluqları meydana gəlir, eləcə də depressiyaya meyillilik artır.  Siqaret çəkən və ya tüstüyə məruz qalan insanlarda depressiya əlamətlərinə çox tez-tez rast gəlinir və xüsusilə , nikotinin səviyyəsinin sürətlə artması və azalması insanın depressiyaya meylliliyini xeyli artırır”.//hit