Yaponların 100 ildən çox yaşamasının - SİRRİ

Yaponların 100 ildən çox yaşamasının - SİRRİ Maraqlı

Çoxlarının bildiyi bir fakt varsa, o da yaponların uzun və sağlam yaşamaq vərdişini ənənə kimi davam etdirmələridir. Yaponlar uzun illər öz həyat tərzi və həyat fəlsəfəsi ilə insanlara meydan oxumaqla yanaşı, həm də şən və maraqlı təbiətlərini itirmirlər. 

News24.az xəbər verir ki, həyata bu qədər enerji dolu olması ilə seçilən yaponların həyat sirri açılıb.

Süfrəni tam doymamış tərk etmək: Tamamilə doymamış süfrəni tərk etmək, ümumiyyətlə yaponlar tərəfindən qəbul edilən vərdiş həm fiziki, həm də ümumi rifah halına müsbət təsir göstərir. Yeməyin 80 faizində süfrədən qalxmaq maddələr mübadiləsini sürətləndirir. Bu, hüceyrələrin yenilənməsini təşviq edir, qocalmanı gecikdirir, yeməkdən sonra ağırlıq və yuxululuq hissini aradan qaldırır, həmçinin həzm problemlərinin həllini təmin edir.

Anda qalmaq: Yaponların həyatları boyu yaydıqları bir fəlsəfə olan anı yaşamaq fəlsəfəsi də həyat keyfiyyətinə ciddi şəkildə təsir edir. Bu fəlsəfə keçmişin səbəb olduğu mənfiliklərə ilişmədən indiki anı yaşamaqdan qaynaqlanan dincliklə hər anın qiyamətini bilməyinizə kömək edir, həm də gələcək narahatlığı və onunla gələn stress və depressiyanı aradan qaldırır.

Gün ərzində məşq etmək və aktiv qalmaq: Yaponlar peşəkar idmanla yanaşı, gün ərzində aktiv və idmanla məşğul olmağa da diqqət yetirir və müəyyən bir idman növünə əməl etmədən gün ərzində ümumi hərəkətlərini artırdıqları bir həyat yaşayırlar. Bu həm vaxta, həm də resurslara qənaət edir, eyni zamanda sağlam bədən və zehni təmin edir.


Məryəm İlhamqızı