Yeni il gecəsi qapının qarşısına duz tökməyin mənası - BU İMİŞ
Maraqlı
Yeni il qeyd etmələri dünyanın müxtəlif mədəniyyətləri və ənənələri ilə formalaşır. Yeni il gecəsi nar sındırmaq, yastığın altına dəfnə yarpağı qoymaq kimi müxtəlif rituallar həyata keçirilir, lakin bunlardan ən maraqlısı və mənalısı yeni il gecəsi qapının qabağına duz tökməkdir.
News24.az xəbər verir ki, duz uzun müddət həm qoruyucu, həm də təmizləyici element hesab edilmişdir.
Yeni il ərəfəsində qapının qabağına duz tökməyin uğur və bolluq gətirdiyinə inanılır. Buna görə də, qapının qabağına duz tökməyin pis ruhları təmizləyəcəyi və evə bəxt gətirəcəyinə dair geniş bir inanc var.
Digər tərəfdən, duz bolluq simvolu hesab olunur. Bu səbəbdən də Yeni il gecəsi qapının qabağına duz tökmək ilin bərəkətli və uğurlu keçməsini təmin etmək üçün edilir.
Məryəm İlhamqızı