"Emmi 2023" bu tarixdə - KEÇİRƏCƏK

 "Emmi 2023" bu tarixdə - KEÇİRƏCƏK Mədəniyyət
75-ci "Emmi 2023" mükafatlandırma mərasimi 15 yanvar 2024-cü ildə keçiriləcək. 

News24.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Tədbir Martin Lüter Kinq gününə həsr olunacaq. Əvvəlcə yubiley mərasimi sentyabrın 18-də keçirilməli idi.

Qeyd edək ki, iyulun 27-də Emmi mükafatının qeyri-müəyyən müddətə təxirəsalındığı bildirilmişdi. Bu qərara səbəb ABŞ Ssenaristlər və Aktyorlar Gildiyasının tətilləri idi. 

Beynəlxalq Televiziyada Emmi Mükafatı 1949-cu ildə təsis edilib. O, Oskar, Grammy Musiqi Mükafatları və Tony Teatr Mükafatlarının televiziya ekvivalenti hesab olunur.
Günəş Mərd