Fidan Hacıyevadan "Əsgər anası" - VİDEO
    • 26-02-2019, 13:00
    • 1 964

Fidan Hacıyevadan "Əsgər anası" - VİDEO

Xalq artisti,  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Nümunəvi Göstərici Hərbi Orkestrının solisti Fidan Hacıyeva “Əsgər anası” adlı yeni mahnısını təqdim edib.

News24.az xəbər verir ki, mahnının sözləri Mətanət Mətinə, musiqisi İlqar Novruza aiddir.

F.Hacıyeva yeni işi haqda danışarkən bunları deyib:

“Bu musiqinin hər ritmində əsgər yolunu gözləyən ananın hisslərini çatdırmağa çalışmışam. Bu mahnını ifa edəndə Vətənimiz, Torpağımız və hər birimiz üçün öz canlarından keçən Şəhid analarımızın keçirdiyi həm kədər, həm də qürur hissini mən də keçirirdim. Vətən üçün oğul böyüdən analar Var olsun! Allah Vətənimizi, Azərbaycanımızı və Xalqımızı qorusun”.

Teymur MƏMMƏDOV