“Çölçü” bədii filmi yeni mükafatlara layiq görülüb

“Çölçü” bədii filmi yeni mükafatlara layiq görülüb
MƏDƏNİYYƏT

28 fevral 2019, 23:30

Mətn ölçüsü

“Çölçü” bədii filmi yeni mükafatlara layiq görülüb.


News24.az xəbər verir ki, rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Hindistanda keçirilən “CROWN WOOD INTERNATIONAL” Film Festivalında iştirak edərək “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb.

Qeyd edək ki, “Çölçü” filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub.

Filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filmi 5 qitəni əhatə edən 44 Beynəlxalq Kino Festivalında və forumlarında iştirak etmiş, “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı aktrisa” və s. bir çox mükafatlar qazanıb.