Tanınmış şairlərlə lal və kar oxucuların görüşü olub - FOTO
    • 14-03-2019, 17:29
    • 2 246

Tanınmış şairlərlə lal və kar oxucuların görüşü olub - FOTO

Dünən Yazıçılar Birliyinin Natavan Kulubunda Azərbaycanda ilk dəfə eşitmə məhdudiyyətli oxucularla tanınmış şairlərin “Sevginin dili yoxdur” adlı görüşü olub.  

News24.az xəbər verir ki, Deaf Community ve “Ümid var” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış şairlər Ramiz Rövşən, Vahid Əziz Baba Vəziroğlu iştirak edib.  

Azərbaycan dövlət himninin jest dilində təqdimatı ilə başlanan tədbirə Karlar Cəmiyyətinin üzvləri ilə yanaşı xüsusi təhsil məktəblərinin eşitmə məhdudiyyətli şagirdləri də qatılıb. Tədbir boyu şairlərimizin şeirləri peşəkar komanda tərəfindən jest dilinə tərcümə olunub.

Görüşdə eşitmə məhdudiyyətli oxucuları ilə tamamilə fərqli, əllərin dili ilə ünsiyyət quran şairlər sevərək öz şeirlərini sesləndirib, onları maraqlandıran suallara cavab veriblər. Belə bir tədbirin olmasını yüksək qiymətlendirən Ramiz Rövşən sevərək onlarla görüşə gəldiyini bildirib:
“Onlara məhdudiyyətlilər deyilməsini qəbul edə bilmirəm. İnsanların yalnız düşüncələri məhdudiyyətli ola bilər. Baxmaq hələ görmək deyil, eşitmək hələ anlamaq deyil. O qədər eşidən və danışan insanlar var ki, danışmaqları günah, eşitməkləri heç bir məna kəsb etmir. Siz Allahın sevimli bəndələrisiniz”.

Görüşdən çox təsirlənən Baba Vəziroğlu bu aləmin sirli-sehirli bir aləm olduğunu deyib:
“Bu gün burdan saflaşıb gedirik. Şeirlərimizin jest dilində söylənməsi çox maraqlı ve təsirli idi. Biz hər zaman bele görüşlərə hazırıq ve sizin yanınızdayıq”.

Vahid Əziz isə əllərin diliylə şeirlərin təqdimatını çox bəyəndiyini qeyd edib:
“Çox şadam ki, bu gün onlarla belə bir görüşdəyəm. Şeirlərimi jest dilində çox sevdim. Allah sizləri müəyyən mənada məhdudiyyətli yaradıb. Amma düşünürəm ki, siz bizim hamımızdan üstünsünüz. Siz çox hessas insanlarsız. Bu baxımdan sizin sevginiz də daha gözəldir”.

Görüşdə çıxış edən təşkilatçılar Nazilə MəhərrəmovaTuran Məmmədli eşitmə məhdudiyyətli insanların sosiallaşması, cəmiyətə inteqrasiya olunması baxımdan mühüm əhəmiyyət kəsb edən tədbirin keçirilməsində məqsədin həm də insanlarda inklüziv düşüncə tərzinin artmasına yardım göstərmək olduğunu vurğulayıblar. Tədbirin sonunda MyBrands mağazalar şəbəkəsinin və “Zalova” brendinin hədiyyələri məhdudiyyətli oxuculara təqdim olunub.