Azərbaycanlı müğənni türk kanalında "Ayrılıq" oxudu - VİDEO
    • 28-03-2019, 13:02
    • 1 152

Azərbaycanlı müğənni türk kanalında "Ayrılıq" oxudu - VİDEO

Azərbaycanlı müğənni, prezident təqaüdçüsü Emin Eminzadə türk kanalında Woman TV məşhur azərbaycan musiqisi olan "Ayrılıq"ı ifa edib.

News24.az xəbər verir ki, o, uzun zamandır ki, bu musiqi üzərində çalışır. Bu mahnı təkcə Azərbaycanda deyil, Türkiyə və başqa xarici ölkələrdə də məşhurdur.

Musiqinin aranjimanı bir çox türk müğənnilərlə çalışan Serdar Ayyıldıza aiddir.

Xatırladaq ki, Emin Eminzadə Qazaxıstanda keçirilən “Qızıl mikrofon” müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb.

Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və təhsil alıb. Hal-hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir