Xalq artisti Prezident İlham Əliyevə müraciət etdi:
    • 10-04-2019, 23:58
    • 2 074

Xalq artisti Prezident İlham Əliyevə müraciət etdi: "Uşaqlarımızı xilas edin, cənab prezident" - VİDEO

Xalq artisti Pərviz Məmmədrzayev prezident İlham Əliyevə müraciət edib.

News24.az xəbər verir ki, aktyor şəxsi "Facebook" hesabında video yayımlayaraq Elina Hacıyevanın vəfatında günahkar olanların cəzalandırılmasını istəyib:

"Mən xalq artisti Pərviz Məmmədrzayev ölkə rəhbərliyinə üzümü tutaraq, Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə bilavasitə günahkar olan həmin məktəbin direktoru və digər şəxslərin heç bir güzəşt olunmadan qanun çərçivəsində ən ağır şəkildə cəzalandırlmasını xahiş edirəm. Cənab prezident,uşaqlarımızı xilas edin".