Ruhi Əliyeva TÜRKİYƏ MƏTBUATINDA – FOTO
    • 13-04-2019, 17:33
    • 3 418

Ruhi Əliyeva TÜRKİYƏ MƏTBUATINDA – FOTO

Türkiyə mətbuatı yenidən Azərbaycanın iş xanımı, bir çox yaddaqalan və uğurlu layihələrə imza atan Ruhi Əliyevadan yazıb.

News24.az xəbər verir ki, hazırda Türkiyədə səfərdə olan Ruhi Əliyeva qardaş ölkədə kino layihələrinin istehsalını reallaşdıracaq “Liatris Yapım” şirkəti açıb. Türkiyə mətbuatı bu dəfə azərbaycanlı iş xanımının yeni layihəsini gündəmə gətirib.

Dərc olunan məqalələrdə bildirilir ki, Türkiyənin tanınmış rejissoru Deniz Denizcilerin çəkəcəyi “Ağır romantik” filmi iş xanımı Ruhi Əliyevanın rəhbərliyi ilə Türkiyədə yenicə fəaliyyətə başlayan “Liatris Yapım”ın istehsalı olacaq. Tükiyə KİV-də yer alan sözügedən məqalələrdən bir neçəsini foto olaraq təqdim edirik.