Xızıda Cəfər Cabbarlının 120-ci ildönümü münasibətilə tədbir keçirilib
    • 7-05-2019, 20:00
    • 1 092

Xızıda Cəfər Cabbarlının 120-ci ildönümü münasibətilə tədbir keçirilib

Görkəmli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt, Abşeron, Qubadlı və Zəngilan MKS-lərin bir qrup əməkdaşı Xızı rayon Mərkəzi kitabxanasında olublar. 

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əvvəlcə qonaqlara kitabxananın fəaliyyəti, keçirilən tədbirlər haqqında məlumat verilib.

Sonra Heydər Əliyev Mərkəzində “Cəfər Cabbarlı – 120” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı Möhsün Bağırov belə bir tədbirin təqdirəlayiq olduğunu vurğulayıb, tədbirin mahiyyəti haqqında məlumat verib.

Sonra “Dramatik həyatlı böyük dramaturq Cəfər Cabbarlı”, “Cəfər Cabbarlı və Azərbaycan kino sənətimiz”, “Cəfər Cabbarlı dramaturgiyası və teatr”, “Cəfər Cabbarlı əsərlərində qadın hüquqları”, “Cəfər Cabbarlı haqqında xatirələr”, “Cabbarlı irsinin kitabxanalarda təbliği” mövzularında kitabxana əməkdaşlarının məruzələri dinlənilib.

Tədbirdən sonra Cəfər Cabbarlı və  Mikayıl Müşfiqin ev muzeyləri və abidələri ziyarət edilib.