Arif Məlikovla vida mərasimi keçirilib - FOTOLAR - VİDEO - YENİLƏNİB -2
    • 9-05-2019, 19:00
    • 1 392

Arif Məlikovla vida mərasimi keçirilib - FOTOLAR - VİDEO - YENİLƏNİB -2

Xalq artisti Arif Məlikovla vida mərasimi başa çatıb.

News24.az-ın xəbərinə görə, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, mədəniyyət naziri Əbülfəs Qarayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

***
14:21

Xəbər verdiyimiz kimi, tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, Dövlət Mükafatı laureatı Arif Məlikov dünyasını dəyişib.


News24.az xəbər verir ki, hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında mərhum sənətkarla vida mərasimi keçirilir.

Vida mərasimində Arif Məlikovun yaxınları, dövlət rəsmiləri, tanınmış ziyalı, kino və teatr xadimlər iştirak edir.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli mərhum bəstəkarla bağlı ürək sözlərini jürnalistlərlə bölüşüb: “Atif müəllim böyük pedaqoq idi. O, çox böyük bəstəkarlıq məktəbi yaradıb. Onlar arasında professor, dosent, xalq artistləri var. Xəstə olnmasına baxmayaraq, işə gəlirdi. Üzeyir bəyin ocağını saxlayırdı. Azərbaycan üçün çox böyük itkidir. Sözün əsl mənasında dahilər gedir”.

Arif Məlikovun onun müəllimi olduğunu deyən bəstəkar Faiq Sucəddinov da böyük bəstəkarın vəfatından çox təsirləndiyini bildirib: “Çox kədərliyəm. Eşitdiklərimə inana bilmirəm. İnanmaq olmur ki, bu böyük insan artıq həyatda yoxdur. Onun musiqisi bizimlə olacaq və yaşayacaq. Gözəl insan, gözəl vətəndaş idi. Tələbələriylə çox gözəl ünsiyyəti vardı. Allah rəhmət eləsin”.

Xalq artisti Fidan Qasımova da Arif Məlikovun itkisindən çox üzüldüyünü deyib: “O, məktəb yaratmağı bacaranlanlardandır. Bu gün Azərbaycan mədəniyyətinə böyük, ağır itki üz verib. Arif Məlikovun ərərlərini bütün dünya tanıyır. Mən onun əısərlərini ifa etmişəm. Mənimcüm çox agır gündür. İnanmıram ki, o, artıq yoxdur”.

Xalq artisti Xuraman Qasımova isə Arif Məlikovun vəfatının yalnız Azərbaycan üçün deyil, dünya mədəniyyəti üçün ağır itki olduğunu qeyd edib: “Arif müəlliminəinki Azərbaycanda, bütün dünyada tanıyır və sevirlər. Böyük şəxsiyyət idi. Ürək ağrısı ilə deyirik, heyif, heyif, ondan... Allah rəhmət eləsin”

“Azərbaycan musiqisi, bəstəkarlıq məktəbinin sonuncu mogikanlarından biri, görkəmli şəxsiyyət Arif Məlikovu son mənzilə yola salırıq. Bu nəinki
Azərbaycan musiqisinə, Azərbaycan xalqına da böyük itkidir. Çünki onun əsərlərində Azərbaycançılıq təfəkkürü, Azərbaycan irsi, çağdaş mədəniyyəti öz əksini tapıb”.

Bu sözləri isə vida mərasiminə qatılan mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Arif Məlikovun əsərlərinin dünyanın bütün ölkələrində səsləndirildiyini deyən nazir onun musiqisinin Azərbaycanı dünyaya sevdirdiyini qeyd edib: “Mən dəfələrlə bunun şahidi olmuşam. Onun musiqisi çalınanda Azərbaycana sevgi, hörmət dəfələrlə artırdı. O, çox vətənpərvər insan idi. Arif müəllim Azərbaycanın ən çətin dövründə heç nədən qorxmadan öz sinəsini qabağa verib, ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini müdafiə edən şəxslərin sırasında idi. Arif Məlikov eyni zamanda böyük müəllim idi. Onun Üzeyir Hacıbəyov, Qara Qarayevin musiqi və bəstəkarlıq məktəbinin, Azərbaycanda yeni nəsil musiqiçilərinin yetişməsində böyük rolu və yeri vardır. Arif Məlikovun haqq dünyasına qovuşmasıyla biz böyük bir şəxsiyyəti itirdik. Amma onun adı daima Azərbaycan mədəniyyət salnaməsində, bu xalqın yaddaşında qalacaq. Onun əsərləri heç zaman səhnələrdən və orkestrlərin repertuarlndan düşməyəcək. Bu musiqi sözün əsl mənasında Azərbaycan xalqının zəngin nümunələrindən biridir. Allah ona rəhmət eləsin. Əminəm ki, Azərbaycan xalqı onun əziz xatirəsini daim ürəyində saxlayacaq”.

Qeyd edək ki, mərhum Arif Məlikov I Fəxri Xiyabanda dəfn olunacaq.