İlham Əliyev və Mehriban Əliyeva Arif Məlikovun vida mərasimində iştirak ediblər - FOTOLAR - YENİLƏNİB
    • 9-05-2019, 18:00
    • 2 583

İlham Əliyev və Mehriban Əliyeva Arif Məlikovun vida mərasimində iştirak ediblər - FOTOLAR - YENİLƏNİB


Xəbər verdiyimiz kimi, tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi,  Xalq Artisti, Dövlət Mükafatı laureatı  Arif Məlikov dünyasını dəyişib.

News24.az xəbər verir ki, hazırda Bakı Musiqi Akademiyasında mərhum sənətkarla vida mərasimi keçirilib. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli bəstəkar Arif Məlikovun vida mərasimində iştirak edib.