Əfsanəvi bəstəkar son mənzilə alqışlarla yola salındı FOTO
    • 9-05-2019, 16:08
    • 1 205

Əfsanəvi bəstəkar son mənzilə alqışlarla yola salındı FOTO

Tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, Dövlət Mükafatı laureatı Arif Məlikovla vida mərasimi başa çatdı.

Qeyd edək ki, mərhum sənətkarın vida mərasimi Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilib.

Tədbirdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.
News24.az xəbər verir ki, onlar əfsanəvi bəstəkarı son mənzilə alqışlarla yola salıblar. 

Arif Məlikov İ Fəxri Xiyabanda torpağa tapşırılıb.