Azərbaycan finalda bu nömrə altında çıxış edəcək -  SIRALAMA
    • 17-05-2019, 13:16
    • 1 525

Azərbaycan finalda bu nömrə altında çıxış edəcək - SIRALAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Eurovision 2019" mahnı müsabiqəsinin ll yarımfinalı baş tutub.

News24.az-ın məlumatına görə, yarımfinal başa çatdıqdan sonra finala vəsiqə qazanan ölkə təmsilçilərinin mətbuat konfransı keçirilib. Konfransda iştirakçıların 18 may tarixində keçiriləcək final turundakı sıralaması bəlli olub.  ll yarımfinalda 18 nömrə altında çıxış edən Azərbaycan təmsilçisi Çingiz Mustafayev sabah səhnəyə 20-ci sırada çıxacaq. O, mahnı müsabiqəsinin 2-ci hissəsində "Truth" bəstəsini ifa edəcək.  Ümumilikdə 26 ölkənin səhnəyə çıxacağı final gününün sıralaması aşağıdakı kimidir: Malta Albaniya Çexiya Almaniya Rusiya Danimarka San-Marino Makedoniya İsveç Sloveniya Kipr Niderland Yunanıstan İsrail Norveç Böyük Britaniya İslandiya Estoniya Belarusiya Azərbaycan Fransa İtaliya Serbiya İsveçrə Avstraliya İspaniya Qeyd edək ki, 18 may tarixində Bakı vaxtı ilə saat 23:00-da start götürəcək "Eurovision 2019"un finalında dünyaca məşhur müğənni Madonna eksklüziv olaraq yeni mahnısını səsləndirəcək.
Ümumilikdə 26 ölkənin səhnəyə çıxacağı final gününün sıralaması aşağıdakı kimidir:

Malta
Albaniya
Çexiya
Almaniya
Rusiya
Danimarka
San-Marino
Makedoniya
İsveç
Sloveniya
Kipr
Niderland
Yunanıstan
İsrail
Norveç
Böyük Britaniya
İslandiya
Estoniya
Belarusiya
Azərbaycan
Fransa
İtaliya
Serbiya
İsveçrə
Avstraliya