Bakıda ilk dəfə rəsm əsərləri auksionda satışa çıxarıldı
    • 21-05-2019, 13:34
    • 1 743

Bakıda ilk dəfə rəsm əsərləri auksionda satışa çıxarıldı

Azərbaycanda bu gün ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” otelində incəsənət əsərlərinin auksionu keçirilib. 

News24.az xəbərinə görə, rəssam Mahmud Rüstəmovun "Yarpaqlar" əsəri auksionda min manata satıldı.  

Auksionda çıxış edən Mədəniyyət nazirliyinin rəsmisi, Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki,  auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyata keçirilir: "Bu incəsənt tarixində ilk hadisədir. Bu günə kimi Bakıda belə bir tədbir gerçəkləşdirilməyib. Burada təqdim olunan əsərlər Azərbaycanın ən sevilən rəssamlarının əsərləridir.

"Auksion Baku" davamlı şəkildə layihə şəklində auksionları təşkil ediləcək, bundan sonra auksiona getmək ənənəsi yaranacaq. 

Qeyd edək ki, auksionda 15 rəssamın əsəri təqdim edildi, əsərlər izləyicilər tərəfindən maraqla qarşılandı. 

Afaq Mirayiq