1 iyun – Uşaqların Müdafiə Günüylə bağlı keçirilən rəsm müsabiqəsinə 150-dən çox əsər qəbul olunub
    • 27-05-2019, 11:42
    • 1 820

1 iyun – Uşaqların Müdafiə Günüylə bağlı keçirilən rəsm müsabiqəsinə 150-dən çox əsər qəbul olunub

“Liatris Holding”News24.az-ın təşkilatçılığı ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü üçün elan edilən sərgi-müsabiqəyə rəsm əsərlərinin qəbulu başa çatıb.

News24.az xəbər verir ki, sərgi-müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə baş tutacaq. “Mənə dünyanı çək” adlı rəsm müsabiqəsinin ilkin mərhələsi yekunlaşıb. Müsabiqəyə 150-dən artıq əsər təqdim olunub.
Qeyd edək ki, təqdim olunan əsərlər müsabiqənin şərtlərinə uyğun olaraq 5-10 və 11-15 yaş kateqoriyalarına əsasən qəbul edilib.

Sərbəst mövzuda çəkilən rəsm əsərləri tanınmış ziyalı və sənət adamlarından ibarət münsiflər heyəti qiymətləndirir. Münsfllər heyətində Azərbaycan Mədəniyyət Nazirliyinin təsviri incəsənət şöbəsinin əməkdaşı Anar Qurbanov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, “Liatris Holding”in rəhbəri, Azərbaycanın işgüzar xanımı Ruhi Əliyeva, əməkdar incəsənət xadimi, tanınmış rəssam-modelyer Fəxriyyə Xələfova, Azərbaycanın xalq artisti Fidan Hacıyeva, rəssam Milena Nəbiyeva təmsil olunur. 

Müsabiqədə hər iki yaş kateqoriyası üzrə 1-ci yerin sahibi 500 AZN, 2-ci yerin sahibi 300 AZN, 3-cü yerin sahibi isə 200 AZN pul mükafatına layiq görüləcək. 

Təqdim olunan əsərlərin sərgisinin açılışı və mükafatlandırılması iyunun 1-də Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq.