"Liatris Yapım" Türkiyədə məşhur aktyorları filmə çəkir - FOTO
    • 12-06-2019, 13:59
    • 9 020

"Liatris Yapım" Türkiyədə məşhur aktyorları filmə çəkir - FOTO

İş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın bir müddət öncə müqaviləsini imzaladığı “Ağır romantik” filmi haqda yeni xəbər var.

News24.az
xəbər verir ki, Deniz Denizcinin rejissorluğu, aktrisa Tuvana Türkay və  aktyor Onur Tunanın baş rollarını bölüşdüyü “Ağır romantik”in bu günlərdə çəkilişlərinə start verilib.  

Türkiyədə fəaliyyət göstərən "Liatris Yapım"ın həyata keçirdiyi layihə əsasında "Ağı romantik" filminin çəkilişlərindən esklüziv görüntüləri yaxın günlərdə sizlər üçün təqdim edəcəyik.

Qeyd edək ki, Tuvana Türkay "Yer, gök, aşk", "Kara para aşk", Onur Tuna isə "Hayat devam ediyor", "Cesur yürek", hazırda isə "Yasak elma" seriallarında rol alır.