Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
    • 25-06-2019, 10:40
    • 854

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev bağışlayıb. 

News24.az xəbər verir ki, bu haqda S. İsgəndərli özü məlumat verib. O, prezident İlham Əliyevə təşəkkür ünvanlayıb:

"Möhtərəm Cənab Prezident. 
Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarligimi bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun!"