Leyla Əliyeva: "Arzu edirəm ki, Azərbaycan hər bir sahədə dünyaya nümunə olsun" - FOTO
    • 25-07-2019, 20:47
    • 2 175

Leyla Əliyeva: "Arzu edirəm ki, Azərbaycan hər bir sahədə dünyaya nümunə olsun" - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara" beynəlxalq musiqi festivalına qatılıb. O, qırmızı xalçaya qızı Əminə ilə birgə çıxıb.

L.Əliyeva News24.az-a açıqlamasında Azərbaycan xalqına olan sevgisini dilə gətirib: "Ən çox sevdiyim azərbaycanlılardır. Azərbaycan xalqına hər zaman xoşbəxt və firavan günlər arzu edirəm. İstəyirəm ki, Azərbaycan bütün dünyaya nümunə olsun.  Emin Ağalarov, Qriqoriy Leps və ümumiyyətlə burada çıxış edən hər kəsi sevirəm"