“İstedadı qarşısında baş əydiyim Müslüm Maqomayev kimi...” – Alessandro Safina
    • 26-07-2019, 16:59
    • 1 048

“İstedadı qarşısında baş əydiyim Müslüm Maqomayev kimi...” – Alessandro Safina

Məşhur italyalı opera və estrada müğənnisi Alessandro Safina “Jara” festivalında iştirak etmək üçün Bakıya gəlib. 

Sənətçi Bakı ilə bağlı təəssüratlarını News24.az-a paylaşıb: “Bundan öncə də Bakıya səfərlərim olub. da isə üçüncü iştirakımdır. Bir daha əmin oldum ki, dostcanlı insanların yaşadığı bu şəhər nə qədər gözəldir. Eminlə yaxın dostuq. Növbəti dəvət üçün Eminə təşəkkürümü bildirirəm. Buradakı tamaşaçılar səmimidir. Bakıda hər zaman özümü rahat hiss edirəm. İçərişəhərdə oldum, arxitekturası məni valeh etdi. Paytaxtınız haqda daha çox məlumat öyrənmək istəyərdim”.

A.Safina Müslüm Maqomayevə olan sevgisindən də danışıb: “Müslüm Maqomayevin ''Синяя Вечность'' (Mavi sonsuzluq) mahnısını ilk dəfə radioda eşidəndə ona vuruldum. Bu əsəri istedadı qarşısında baş əydiyim Müslüm Maqomayev kimi layiqincə oxumağa çalışmışam. Onun mənim vətənimə və italyan mahnılarına olan sevgisindən də xəbərdaram. E.Ağalarovla olan duetimiz özündə təkcə mahnıya deyil, Müslüm Maqomayevə olan sevgimizi də bütövləşdirir”.