Görkəmli kinorejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı olacaq

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı olacaq
MƏDƏNİYYƏT

31 iyul 2019, 15:44

Mətn ölçüsü

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir. 

News24.az xəbər verir ki, 2018-ci ildə başlanılan layihə üzrə indiyədək görkəmli kinorejissorlar, xalq artistləri Rasim Ocaqovun və Tofiq Tağızadənin yaradıcılıq otaqlarının açılışı olub.

Milli Kino Günündə Əməkdar incəsənət xadimi, məşhur kinorejissor Hüseyn Seyidzadənin (1910-1979) yaradıcılıq otağının açılış mərasimi olacaq.