Bakıda daha bir yarmarka açılır - BU DƏFƏ KİTABLARIN

Bakıda daha bir yarmarka açılır - BU DƏFƏ KİTABLARIN
MƏDƏNİYYƏT

15 avqust 2019, 12:04

Mətn ölçüsü

2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir.

Nazirlikdən News24.az-a verilən məlumata görə, iştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 kv.m.-dək) və avadanlıqlar ödənişsiz veriləcək.
VI Bakı Beynəlxalq Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec 19 avqust 2019-cu il, ərizə-müqavilə isə 31 avqust 2019-cu il
Ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq.