Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib - FOTOLAR

Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib - FOTOLAR
MƏDƏNİYYƏT

17 avqust 2019, 19:52

Mətn ölçüsü

Avqustun 17-də görkəmli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

News24.az-ın məlumatına görə, bu münasibətlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, sənətkarın həyat yoldaşı, SSRİ-nin xalq artisti Tamara Sinyavskaya, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artisti Eldar Quliyev, tanınmış incəsənət, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda M. Maqomayevin qəbrini ziyarət ediblər.

Leyla Əliyeva onun çox böyük, işıqlı və səxavətli insan olduğunu diqqətə çatdırıb: “Mən inanıram ki, Müslüm Maqomayev ölməyib, bu gün də bizimlədir”.

Ziyarətdən fotoları Instagram hesabında paylaşıb. Həmin fotoları təqdim edirik: 


Instagram