"Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik" - MEHRİBAN ƏLİYEVA
    • 18-09-2019, 12:02
    • 876

"Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik" - MEHRİBAN ƏLİYEVA

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İnstagram səhifəsində 18 sentyabr - Milli Musiqi Günü ilə bağlı paylaşımı olub.
News24.az-ın xəbərinə görə, paylaşımda 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olduğu qeyd edilib: "Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlib. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik".