Yazıçı Anar saytları ittiham etdi: "Ziyalılarımız haqda böhtan yazırlar"

Yazıçı Anar saytları ittiham etdi:
MƏDƏNİYYƏT

09 oktyabr 2019, 13:00

Mətn ölçüsü

“Saytlarımızın çoxu mənasız işlərlə məşğul olurlar. O cümlədən də öz adamlarımız, ziyalılarımız haqda böhtan yazırlar”.

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib. Saytları böhtan xarakterli məlumat yazmaqda ittiham edən yazıçı təklif də irəli sürüb: “Gəlin ən çox oxucusu olan saytlara təsir edək, onlara müraciət edək ki, işğal olunmuş torpaqlarla bağlı məlumatları rus və ingilis dilində yerləşdirsinlər. Hətta bu yazıları hörmətli prezidentimizin dediyi kimi “Qarabağ Azərbaycanındır, nida işarəsi" devizi altında dərc etmək olar. Bütün saytlar bu şəkildəki materialları yerləşdirsələr, bu böyük təbliğat olar. Hazırda təbliğat üçün hər kəs kitabdan çox internetdən istifadə edir”.

Teymur Məmmədov