"Əvvəl hər kəsin bəyənini qazanır, amma sonra unudulur..." - XALQ ARTİSTİ - VİDEO
    • 18-10-2019, 18:47
    • 1 023

"Əvvəl hər kəsin bəyənini qazanır, amma sonra unudulur..." - XALQ ARTİSTİ - VİDEO

"Düşünürəm ki, "Pərdə" və "İkinci Pərdə" filmləri cəmiyyətdə kifayət qədər rezonans doğurub. Əksər insanlar sözügedən ekran əsərlərinə baxıblar. Hesab edirəm ki, elə "Sonuncu Pərdə" filminə də, baxmağa dəyər. Filmdə sosial, ictimai və aktual probləmlər kino dilində öz əksini tapıb".

Bu sözləri Xalq artisti Vidadi Həsənov News24.az-a açıqlamasında bildirib. Aktyor rejissor Emil Quliyevlə olan işbirliyindən söhbət açıb: "İlk dəfəydi Emillə çalışırdım. Çox istedadlı, bacarıqlı və zəhmətkeş insandır. Hətta bir çoxları bilmirlər ki, Emilin əsl peşəsi rejissorluq deyil. Amma, bir çox rejissorlardan daha doğru və düzgün çalışmağı bacarır. Mən düşünmürəm və demirəm ki, Emil inqlab edir, əksinə. Sadəcə, o, düşüncəsini azad şəkildə ifadə etməyə çalışır və bunu bacarır. Düşüncəsini, fikilərini sərbəst şəkildə nümayış etdirməkdən cəkinmir. Əslində, gerçək kino, teatr, ədəbiyyat müstəqil düşüncədir. Müstəqil düşüncəni harda görürüksə, onu sevirik".

Xalq artisti rol aldığı "Sonuncu Pərdə"yə uzun ömür arzuladı: "Film də insan kimidir. O, bu gün doğulacaq, sonra öz həyatını yaşayacaq. Emilsiz, aktyorlarsız, çəkiliş heyəti olmadan yaşayacaq. Bəzən elə filmlər olur ki, nümayış olunan gün hər kəsin bəyənini qazanır, amma bir müddət keçəndən sonra unudulur. Bəzən isə əksinə. Mən "Sonuncu Pərdə"yə uzun ömür arzu edirəm, öz həyatını layiqli yaşasın".

Sevda Bayramova
VİDEO: Fərid Şabanov