Röya, Mir Yusif və Tünzalə "Xalq artisti" OLDU - SƏRƏNCAM
    • 21-10-2019, 17:07
    • 2 167

Röya, Mir Yusif və Tünzalə "Xalq artisti" OLDU - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

News24.az-ın xəbərinə görə, Sərəncamla Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilib:
Ağayeva Tünzalə Qabil qızı 
Mirbabayev Mir Yusif Mir Heydər oğlu
Nəcəfova Röyalə Yaqub qızı.