"Mədəniyyət" kanalı heç vaxt şou yönümlü məsələlərdə iştirak etməyib" - Ramil Qasımov - VİDEO
    • 5-11-2019, 14:46
    • 1 617

"Mədəniyyət" kanalı heç vaxt şou yönümlü məsələlərdə iştirak etməyib" - Ramil Qasımov - VİDEO

Ötən gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Bu münasibətlə "Mədəniyyət" kanalının direktoru, əməkdar artist Ramil Qasımov News24.az-a açıqlama verib: "Ilk olaraq sizə təşəkkürümü bildirirəm ki, doğma günümüzdə bizi yalnız qoymadınız. Necə ki, bu gün Azərbaycan inkişaf edirsə, onun radioları və televiziyaları da, inkişaf edir. Fürsətdən istifadə edərək bütün radio və televiziya işçilərinin peşə bayramları münasibətilə təbrik edib, uğurlar arzu edirəm. Burada iştirak etmək, dostlarımızın qarşısında çıxış etmək mənim üçün qürur və fərəh hissidir. Azərbaycan Televiziyası və onun radiosu hər zaman dövlətimizin mədəni-siyasi həyatında önəmli rol oynayıb. Ana radiomuz daim öz klassik ənənələrini qoruyub-saxlayır. Milli-mənəvi dəyərləri özündə əks etdirir. Nə xoş ki, bu gündə öz töhfəsini bəxş edir. Radiomuzun formatında yeniliklər var. Burada dinamik, musiqili proqramlar, eyni zamanda gənclərin maariflənməsi istiqamətində layihələr yer alıb. Hesab edirəm ki, AzTV, Azərbaycan Radiosu hər kəsə örnək olmalıdır. "Mədəniyyət" kanalı isə heç vaxt şou yönümlü məsələlərdə iştirak etməyib".

Sevda Bayramova
VİDEO: Fərid Şabanov