"AzTV-də uşaq verilişləri daha çox olmalıdır" - XALQ ARTİSTİ - VİDEO
    • 5-11-2019, 15:16
    • 852

"AzTV-də uşaq verilişləri daha çox olmalıdır" - XALQ ARTİSTİ - VİDEO

"Azərbaycan Radiosu 93 yaşını qeyd edir. Xalqımız, mədəniyyətimiz üçün əhəmiyyətli və çox gözəl bir gündür. Burada sənətkarlarla, 30 ildən artıq televiziyada çalışan insanlarla görüşdüm. Şad oldum".

Bu sözləri Xalq artisti Təranə Muradova News24.az-ın suallarını cavablandırarkən söyləyib: "AzTV-də böyük dəyişikliklər olub. Mən, həm də, Bədii Şuranın bir üzvü olaraq daim iclaslarda söyləyirəm ki, televiziyamızda uşaq verilişlərinin sayı artmalıdır. Bu onların inkişafi, gələcəyi, vətənpərvər ruhda böyümələri üçün çox vacibdir. Biz, daim çalışırıq ki, yeni səsləri, aktyorları üzə çıxaraq. İstəyirik ki, müasir mədəniyyətimizin gəncləri daha çox efirlərdə olsunlar və xalq onları daha yaxından tanısın. Çünki Azərbaycan xalqı çox istedadlıdır".

Sevda Bayramova
Video: Fərid Şabanov