Ramil Qasımov "Vaqif" obrazında - FOTOLAR
    • 7-11-2019, 18:20
    • 1 009

Ramil Qasımov "Vaqif" obrazında - FOTOLAR

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Ramiz Mustafayevin, xalq şairi Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı “Vaqif” operasının tamaşası keçirilib.

News24.az
xəbər verir ki, tamaşada “Vaqif” obrazını Əməkdar artist Ramil Qasımov canlandırıb.

Səhnə əsərində həmçinin Azərbaycanın Xalq artistləri Əli Əsgərov (Vəzir), Əkrəm Poladov (Vidadi), Əməkdar artistlər Fəridə Məmmədova (Xuraman), Fərid Əliyev (Qacar), Cahangir Qurbanov (Eldar), Tural Ağasıyev (Əlibəy), solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev (İbrahim xan), Nina Makarova (Gülnar) və b. çıxış ediblər.

Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı
Əməkdar mədəniyyət işçisi Yusif Babayev, konsertmeysteri Aysel Məlikovadır.