Əməkdar artistdən "Nəsimi ili"nə möhtəşəm töhfə - VİDEO
    • 19-11-2019, 13:21
    • 760

Əməkdar artistdən "Nəsimi ili"nə möhtəşəm töhfə - VİDEO

"Nəsimi ili" çərçivəsində Əməkdar artist Fərqanə Qasımovanın ifasında Nəsiminin "Sığmazam" qəzəlinin klip təqdimatı olub.

News24.az xəbər verir ki, təqdimat Bakı Kitab Mərkəzində keçirilib.

Tədbirdə Əməkdar artist "Sığmazam" qəzəlinə çəkilmiş klipin ərsəyə gəlmə səbəblərini açıqlayıb: "Bu qəzəli oxumağı özümə mənəvi borc bildim. Layihəni reallaşdıra bildiyim üçün çox şadam. Hesab edirəm ki, bu qəzəl və kliplə "Nəsimi ili"nə öz töhfəmi verə bildim. Bu layihənin həyata keçməsində mənə dəstək olan şəxslərə təşəkkür edirəm. Minnətdaram".

Sevda Bayramova