"Azərbaycanlı pianoçuları tanımıram" DÜNYANIN ƏN CƏLD PİANOÇUSU BAKIDA - VİDEO
    • 21-11-2019, 13:35
    • 849

"Azərbaycanlı pianoçuları tanımıram" DÜNYANIN ƏN CƏLD PİANOÇUSU BAKIDA - VİDEO

Dünyanın ən cəld pianoçusu Peter Bence Bakıda.

News24.az
xəbər verir ki, sənətçi bu gün media qarşısına çıxaraq bütün sualları cavablandırıb. Amma ilk olaraq o, sabah Konqres Mərkəzində gerçəkləşəcək konsert proqramı haqda danışıb: "Sabahki konsertimi səbirsizliklə gözləyirəm. Proqramda köhnə həmçinin də, yeni albomundan olan musiqiləri ifa edəcəm. Həmçinin də Azərbaycanın Əməkdar artisti Şəhriyar İmanovla birgə musiqilər səsləndirəcəyik. İfada tar və Azərbaycanın digər milli musiqi alətlərindən istifadə ediləcək. Azərbaycana gəlməmişdən bura haqqında məlumatım var idi, paytaxt Bakı, dininiz, ölkəniz haqqında məlumatlı idim. Həmçinin də milli yeməklərinizi çox bəyənirəm. Səbirsizliklə yeni yeməklərinizin dadına baxmağı gözləyirəm".

"Cəld barmaqlar" ləqəbli, Ginnesin Rekordlar Kitabına dünyanın ən cəld pianoçusu kimi düşən Peter Bence bildirib ki, Azərbaycanın pianoçuları ilə yaxından tanış deyil: "Ancaq yaradıcılığımla məşğul oluram. Təəssüf ki, kiminsə ifalarını dinləməyə vaxtım yoxdur. Ona görə də azərbaycanlı painoçuları haqda məlumatım yoxdur. Düzdür, sizin mahnılarınızı dinləyirəm, amma ifaçıların adlarını bilmirəm. Sizə söz verirəm ki, bundan sonra Əzizə Mustafazadə haqda məlumatlar toplayacam".

P. Bencə qeyd edib ki, gələcəkdə dünya musiqiçiləri ilə birgə hər hansısa layihəyə imza atmağı düşünür. Sözügedən ölkələr arasında təəbii ki,  Azərbaycan da, yer alır. O, həmçinin də, vurğulayıb ki, heç kimi özünə rəqib görmədiyini, lakin dünya şöhrətli müğənni Maykl Ceksondan ilham aldığını söyləyib.

Sevda Bayramova