"Alı Zirvəsi" təqdim olundu - FOTOLAR
    • 21-11-2019, 19:13
    • 810

"Alı Zirvəsi" təqdim olundu - FOTOLAR


Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevə həsr olunan "Alı zirvəsi" filminin təqdimat mərasimi baş tutub.


News24.az xəbər verir ki, Mədəniyyə Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Alı Mustafayevin ailəsi,  millət vəkilləri, şəhid ailələri və ziyalı şəxslər iştirak edib. 

Rejissor Mirzəzadə Kəmalə ərsəyə gətirdiyi ekran işi haqda məlumat verərkən 20 noyabr tarixinin Azərbaycan üçün faciəvi gün olduğunu bildirib: "İyirmi noyabr 1991-ci ildə Qarabağda Qarakənd səmasında vertalyot  ermənilər tərəfindən vurulub. Həmin vertalyotda Azərbaycan tarixində çox önəmli yeri olan insanlar var idi. Onların arasında cəsur jurnalist Alı Mustafayev də şəhid olub. Qeyd edim ki, Mədəniyyət Nazirliyi 2010-cu ildən bəri 215 Milli Qəhrəmandan 90-na film çəkib. Bu ekran işi də bu silsilə çırçivəsində çıkilib. Filmin çəkilişləri iki il davam etdi. Çalışmışam ki, Alı Mustafayevi təkcə Milli Qəhrəman kimi yox, jurnalist, şəxsiyyət kimi göstərim".


Tədbirdə həmçinin Millət vəkili Qənirə Paşayeva, Xalq şairi Nəriman Həsənzadə çıxış edib.