“Azərbaycan vokalçıları”nda ustad dərsi keçirilib - FOTOLAR
    • 18-12-2019, 17:01
    • 868

“Azərbaycan vokalçıları”nda ustad dərsi keçirilib - FOTOLAR

Bu gün Azərbaycanda ilk dəfə olaraq keçirilən “Azərbaycan vokalçıları” festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında (AMK) açıq ustad dərsi keçirilib. 

News24.az xəbər verir ki, daha sonra AMK-nın professor-müəllim heyətinin iştirakı ilə müəllim və tələbələrin klassik vokal incilərindən ibarət konsert proqramı baş tutub.

Təlim zamanı vokal sənətinin sirlərindən bəhs olunub, tələbələrin sualları cavablandırılıb. Açıq ustad dərsindən sonra Milli konservatoriyanın müəllim və tələbələrinin ifalarından ibarət konsert təqdim olunub. Ön sözlə  Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edib. Festivalın ideya müəllifi və bədii rəhbəri, Mədəniyyət kanalının direktoru Ramil Qasımov iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb, Azərbaycanda ilk dəfə keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. Konsertdə Azərbaycan və dünya klassik inciləri ifa olunub. Konsertdə Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı, Zemfira İsmayılova, Aygün Zeynalova, Əliəhməd İbrahimov, Konservatoriyanın tələbələri çıxış ediblər. 

Festivalın təntənəli açılış mərasimi dekabrın 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub. Ölkədə ilk dəfə keçirilən festivalın ideya müəllifi və bədii rəhbəri “Mədəniyyət" Kanalının direktoru Ramil Qasımovdur, Azərbaycan Vokalçıları Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir və dekabrın 24-nə kimi davam edəcək.