30-a yaxın müəllim işdən çıxarılıb? - Əzizlərim, universitetdən çıxmışam
Mədəniyyət
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən 30-a yaxın müəllimin işdən azad edilməsi barədə məlumat
“BakuPost” yayıb.
News24.az xəbər verir ki, qeyd edildiyinə görə, Xalq artistləri Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Əməkdar artistlər Ötkəm İsgəndərov, Nadir Xasıyev, elmlər doktoru, dosent Fərhunə Atakişiyeva daxil olmaqla xeyli sayda şəxs işindən azad olunub.
“Xalq artisti Valeh Kərimov məsələyə aydınlıq gətirib: “Bilməzdim ki, belə əziz bir insanam. Artıq iki mətbuat işçisi mövzu barədə mənimlə əlaqə saxlayıb. Əzizlərim, mən 5 ildir ki, universitetdən çıxmışam. Bu məlumatı niyə indi yazırlar, səbəbini bilmirəm”.
Məsələ ilə bağlı digər Xalq artistləri ilə əlaqə saxlamaq mümkün olmayıb, onlar telefona cavab verməyiblər.
/Qafqazinfo/