"Televiziyalardakı Bədii Şuraların heç bir xeyri yoxdur" - AYGÜN BAYRAMOVA

"Televiziyalardakı Bədii Şuraların heç bir xeyri yoxdur" - AYGÜN BAYRAMOVA
MƏDƏNİYYƏT

19 dekabr 2019, 15:37

Mətn ölçüsü

"Efirlərdə az-az görünməyimin əsas səbəbi seçici olmağımdır. Hansı veriliş özümə, adıma uyğundursa, ona da çıxıram. Ümumiyyətlə, elə az-az çıxmaq ən yaxşısıdır".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Aygün Bayramova deyib. O, bayağı musiqilərin çoxluğundan gileylənib: "Bayağı mahnılar efirlərdə ayaq açıb yeriyir. Düzdür, bu cür mahnılar, ifaçılar hər zaman olub, amma indi aşırı dərəcəsində çoxalıb. Əvvəllər sosial şəbəkələr bu qədər inkişaf etmədiyinə görə, bayağı ifaçılar efirlərə də çıxa bilmirdilər. İndikilər sosial şəbəkə vasitəsilə meydan sulayırlar. Efirdə səviyyə aşağı düşüb. Bir müğənnini həftədə neçə dəfə dəvət edərlər? Baxmayaraq ki, bir müddət öncə Bədii Şuralar yaradılmışdı, amma heç onların da bir xeyrini görmürəm. Böyük sənətkarlar kiməsə iradını bildirəndə, kiçiklər elə cavab qaytarırlar ki... Yəni indi böyük-kiçik yeri itib. Bunlara diqqət etmək lazımdır".

Sevda Bayramova