Ruhi Əliyevanın filmi Acunun kanalında MÜZAKİRƏ OLUNDU - VİDEO
    • 21-01-2020, 14:49
    • 3 348

Ruhi Əliyevanın filmi Acunun kanalında MÜZAKİRƏ OLUNDU - VİDEO

Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım” şirkətinin ərsəyə gətirdiyi “Ağır Romantik” filmi “TV8” kanalında müzakirə olunub. 

News24.az xəbər verir ki, telekanalda yayımlanan “Gel konuşalım” proqramında növbəti dəfə ekran işindəki güllərlə evlilik təklifindən söz açılıb, hətta baş qəhrəmanlar Onur Tuna və Tuvana Türkayın real həyatda da sevgi münasibəti yaşadıqları ehtimal edilib. Aparıcılar aktyor və aktrisanın bir-birinə yaraşdıqlarını da vurğulayıblar. 

Verilişdə “Ağır Romantik” haqda geniş süjet də yayımlanıb.

Məlumat üçün bildirək ki, ekran işindəki 100 min gül ilə evlilik səhnəsi bundan öncə "Milliyet.com", "CNN Türk",  "Akşam", "Haberglobal", "Haberler", "Posta", "Takvim" kimi Türkiyənin məşhur saytlarında gündəm yaradıb və filmin romantik səhnələrlə yaddaşlara həkk olunacağını iddia edib.  

Qeyd edək ki, “Ağır Romantik” Almaniya,  Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. 

Filmin qala gecəsi isə fevralın 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək. 

“Ağır Romantik”də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.