İTV "Eurovision 2020" üçün mahnı seçimi üzrə MÜSABİQƏ ELAN EDİR
    • 22-01-2020, 14:11
    • 1 413

İTV "Eurovision 2020" üçün mahnı seçimi üzrə MÜSABİQƏ ELAN EDİR

İctimai Televiziya "Eurovision 2020" mahnı müsabiqəsi üçün mahnı seçimi üzrə müsabiqə elan edir. 

News24.az xəbər verir ki, bu barədə İctima Televiziya məlumat verib. Müsabiqəyə qatılmaq istəyən şəxslər 7 fevral tarixinə qədər mahnılarını [email protected] və ya 050 235 85 65 "WhatsApp" nömrəsinə göndərə bilərlər. 

Göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Mahnının xronometrajı Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə əsasən maksimum 3 dəqiqə olmalıdır. Mahnı 2019-cu ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat da yollamalıdır.

Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”nun rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.