UNESKO-da Azərbaycan xalçalarının SƏRGİSİ AÇILACAQ
    • 24-01-2020, 12:57
    • 1 505

UNESKO-da Azərbaycan xalçalarının SƏRGİSİ AÇILACAQ

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-unun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq.

Heydər Əliyev Fondundan News24.az-a verilən məlumata görə, Yanvarın 29-da Parisdə UNESKO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi açılacaq. Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və UNESKO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək. 

Xatırladaq ki, bu sərgi ilk dəfə 2019-cu ildə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunub. 

Azərbaycan xalçaçılığında yeni “Şəki xalçaları” qrupunun yaradılması məqsədi daşıyan layihə çərçivəsində xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında iki il ərzində müxtəlif xalçalar toxunub. Həmin xalçalarda Şəki Xan Sarayı və Şəkixanovlar evinin ornamentlərindən, Şəkiyə aid motivlərdən istifadə edilib. 

Sərgi UNESKO-nun baş qərargahında fevralın 4-dək nümayiş olunacaq.