Tarix İnstitutu ilə Milli Kitabxana arasında müqavilə bağlanacaq
    • 27-01-2020, 17:12
    • 1 686

Tarix İnstitutu ilə Milli Kitabxana arasında müqavilə bağlanacaq

AMEA-nın Tarix İnstitutunun 2019-cu ildə nəşr olunan kitablarının M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi keçiriləcək.

İnstitutdan News24.az-a verilən məlumata görə, tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır. Tədbirdə Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, müştərək elmi əsərlər çap ediləcək, birgə elmi layihələr və elmi tədbirlər həyata keçiriləcək, qarşılıqlı olaraq elektron kataloqdan istifadə ediləcək. Həmçinin Milli Kitabxana Tarix İnstitutunun nəşrlərini dünya kitabxanalarına göndərəcək. Tədbir yanvarın 29-u saat 11:00-da Milli Kitabxanada keçiriləcək.